» » » Şəhid İsmayılov Amid Eldar oğlu


Şəhid İsmayılov Amid Eldar oğlu


Amid İsmayılov 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbini bitirmişdir. 2006-2008-ci illərdə Bakı şəhəri Pirişkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2008-ci ildən isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artiq hərbi xidmət qulluqçusu kimi hərbi fəaliyyətinə başlamışdır. Ailəli idi, 1 övladı var.

Amid İsmayılov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Amid İsmayılov 28 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR