» » » Vətən müharibəsində əməyi və əməli saleh, "Azərbaycan Bayrağı Ordeni”li şəhid Salehlər


Vətən müharibəsində əməyi və əməli saleh, "Azərbaycan Bayrağı Ordeni”li şəhid Salehlər

Bu gün Vətən müharibəsinin cəsur döyüşçülərindən, şəhid XTQ mənsubları - Saleh Ağayevin və Saleh Məcidzadənin anım günüdür.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidlərimiz anım gününlərində doğulub, boya - başa çatdığı kəndlərində yad edilib. Saleh Nurəddin oğlu Ağayev Biləsuvarın Günəşli kəndində və Saleh Nəriman oğlu Məcidzadə isə sakini olduğu Nəsimi kəndində məzarını və ata ocağını ziyarət olunub. 

Ziyarətdə rayon rəsmiləri və içtimaiyyətinin nümayəndələri iştirak edib. Şəhid Saleh Ağayevin anım günündə 44 günlük haqq savaşında ölümü ilə ölümsüzlük yaradan şəhidimizin rəşadətindən danışılıb. Şəhid atası Nurəddin Ağayev qəhrəman oğlu haqqında danışarkən bildirdi ki, o, 2011-ci ildə hərbi xidmətini başa vurub kəndlərinə dönəndə cəmi 17 gün boş dayana bildi. Elə həmin ildən ə xeyir duamızla müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ön xətdə Vətənə yenidən xidmətini davam etdirməyə başladı. Moto atıcı manqa komandiri, xüsusi təyinatlı komandanın kəşfiyyatçısı, xüsusi kəşfiyyat qrupunun kəşfiyyatçısı, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı kimi çox sayda vəzifə və tapşırıqların icraçısı olub. 

Saleh 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi böyük hünər və rəşadəti ilə rəhbərliyin etimadını qazanan döyüşçülərdən olub. Döyüşlərdə yaralansa da geri çəkilməyib. Həmin fürsət 2020 - ci ilin sentyabrında Saleh üçün yenidən yarananda, bu dəfə sonaqədər gedəcəyik, dedi”. Elə də oldu. Vətən üçün ən əziz canından belə keçdi, o.

Vətənin dar günündə iki övladını düşmən üzərinə göndərən Nəzakət ana Salehin itkisinə çox tab gətirə bilmədi. Onu cənnətdə gözləyən oğluna qovuşmaq həsrəti ilə çırpınan ürəyi iki ay sonra susdu.".

 Vətən müharibəsində zəfər qələbəsinədək ən gərgin döyüşlərə qatılan şəhid qardaşı Dəyanət Ağayev qəhrəmanlar yetirən valideynləri ilə qürur duyur: "Doğma kəndlərində torpağa tapşırılan şəhid qəhrəman Saleh Ağayevin on illik şərəfli vətənə xidməti yüksək qiymətləndirilib. O, sağlığında ikən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illik, 100 illik və “Qüsursuz xidmətlərinə görə” 3-cü dərəcəli medalla, ölümündən sonra isə “Vətən uğrunda”, Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan Bayrağı ordeni” ilə təltif olunub."

 **** 
Vətən müharibəsində göstərdiyi şücaəti və qanı ilə tarix yazan oğullarımızı illər ötdükcə daha yaxından tanımaqla qürur hissi duyuruq. Tarixi torpaqlarımızın düşmən tapdağından azad olunmasında misilsiz xidmətləri olan belə igidlərimizdən biri də Xüsusi təyinatlı Qüvvələrin kəşfiyyatçı kiçik çavuşu, şəhid "Azərbaycan Bayrağı Ordeni” li Saleh Məcidzadə 1994-cü ilin iyulun 16-da Biləsuvarın Nəsimi kəndində dünyaya göz açıb.

 Saleh Nəriman oğlu Məcidzadənin şhadətinin 2-ci ildönümündə yenə izidhamlıdır onu ata ocağı, hünəri və əbədi müqəddəs ruhu qarşısında hər kəs öz ehtiramını bildirir. Valideynlərini dinlədikcə yalnız qürur duyursan belə qəhrəmanın ata-anası ilə. Onlar Salehi elə uşaqlıqdan Vətən üçün böyüdüb, tərbiyə ediblər. 

Saleh 2010-cu ildən “Universal” idman növü ilə məşqul olmağa başlayıb. Müxtəlif illərdə Respublika çempionu, Avropa turnirlərinin qalibi olub. İdman sahəsində peşəkarcasına püxtələşmiş gənc artıq 2015-ci ildə həqiqi hərbi xidmətə qəhrəman kimi yollanmışdı. Bu qəhrəmanlıq yolu onu beş il sonra, 2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsində ən uca məqama – şəhidlik zirvəsinədək yüksəltdi.

Şəhid atası Nəriman Məcidov demişdir: “Mənə çətin olsa da, övlad  itkisini, digər tərəfdən qürurludur ki, 30 il işğal altında olan torpaqları bu igidlər qurtardı. Ona görə qürurlanırıq, fəxr edirəm ki,belə bir övladın atasıyam mən.Bu ildən iki il keçməsinə baxmayaraq, elə bilirəm bu gün olub. Bundan sonra 10 il də keçsə də mən üçün təzədir.” 

Əzizə Məcidova  (şəhidin anası)  bildirib ki, Saleh bu yolu tutub gedərkən deyib: “Mənim arxamca baxma ana! Mən vətəni qorumağa gedirəm. Gedib komisara da elə deyib, mən, öz vətənimi torpağımı azad eləməyə gedirəm. Elə qeyrətli, elə oğul idi ki, həqiqətən vətənə layiq bir oğul idi.O, mənim, Saleh ömrümün son nəfəsinədək, başımmın üstündə dalğalanan bayraq vare, Saleh o bayraqdır. Salehin böyük qardaşı Əhliman da Vətən müharibəsinin iştirakçısıdır. Döyüşlər zamanı ara-sıra əlaqə yartsalar da, sonradan bu mümkün olmayıb. Deyir ki, qardaşım Saleh 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi aprel döyüşlərində də düşmənin diversiya qrupunun məhv ediləsində xüsusi şücaət göstərib. Vətən müharibəsində Murov istiqamətindən döyüş tapşırığı alan kəşfiyyatçı Saleh Məcidzadə ən yüksək strateji yüksəkliklərin götürülməsi planlarının icrasında öndə olur. Çevik kəşfiyyatçı Kəlbəcər, Cəbrayıl, Füzuli , Xocavənd rayonlarının və kəndlərinin azad olunmasında bütün əməliyyatlardan uğurla geri dönür. Son döyüşü Cəbrayılın Daş Veysəlli kəndi olur.. .”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR