» » Biləsuvar şəhid verdi - Hüseynov Ziyarət Mayıl oğlu


Biləsuvar şəhid verdi - Hüseynov Ziyarət Mayıl oğlu

Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatda şəhid olan hərbçilərdən biri Ziyarət Hüseynovdur

"BİLESUVARİNFO" xəbər verir ki,  Hüseynov Ziyarət Mayıl oğlu 15 may 1994 - ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. N.Sultanov adına Dəvrişlü kənd tam orta məktəbini başa vurub.

Ziyarət Hüseynov həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra XTQ - nin sıralarında müddətdən artıq hərbi qulluqcusu kimi Vətənin keşiyində durub. O, 2016 - cı il aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçülərindən olub. Müharibədə aldığı ağır xəsarərlərə baxmayaraq, qazilik statusundan imtina edib. Sağaldıqdan sonra, yenidən işğaldan azad olan ərazilərdə xidmətə başlayıb.

Şəhid Z.Hüseynov aiəli idi, 2 yaşlı oğul övladı var.

Qeyd edək ki, Şəhidimizin bu gün doğma kəndinə gətirilərək, torpağa tapşırılacağı deyilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan