» » 32 yaşlı gənc qəfil vəfat etdi


32 yaşlı gənc qəfil vəfat etdi

Biləsuvar rayon sakini qəflətən vəfat edib. 

"Bilesuvarinfo" xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 1990-ci il təvəllüdlü Muxtarov Niyaməddin Musa oğlu ürəyində olan ağrılarla əlaqədar aptekə yaxınlaşıb. Şahidlərin sözlərinə görə, bu zaman ona iynə vurulub. Küçəyə çıxan N. Muxtarov qəflətən yerə dəyib. Daha sonra onun öldüyü məlum olub. 

Məlumata görə, mərhum Biləsuvar şəhəri ərazisində aparılan kanalizasiya çəklişi işində fəhlə çalışırmış. İki gün imiş ki, ürək ağrılarından şikayət edirmiş. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR