» » Biləsuvar Rayon İcra Hakimiyyətinin B​​​​aşçısı ali təhsil müəssisələrinə qəbul olunan məzunları təbrik edib


Biləsuvar Rayon İcra Hakimiyyətinin B​​​​aşçısı ali təhsil müəssisələrinə qəbul olunan məzunları təbrik edib

"Bilesufarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun məzunlarla bağlı təbrikində qeyd olunur:

- Əziz məzunlar, hər birinizi ötən tədris ilini uğurla başa vurmağınız və tələbə adını qazanmağınız münasibətilə təbrik edir, Sizə gələcək həyat və fəaliyyətlərinizdə vətənimizin tərəqqisi, cəmiyyətimizin inkişafı naminə inamla irəliləməyi arzu edirəm.

Xalqımız elmi, biliyi hər zaman yüksək qiymətləndirmiş, tarix boyu elm öyrənməyi və öyrətməyi şərəfli iş hesab etmişdir. Azərbaycanda təhsilə göstərilən xüsusi qayğı ümumi inkişafın çox mühüm tərkib hissəsidir. Azərbaycan təhsilinin bugünkü inkişafının əsasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasət dayanır. Təhsili dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev deyib: “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət sayəsində bu gün Azərbaycan təhsil sistemi müasir tələblər səviyyəsində qurulmuşdur. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən qabaqcıl islahatlar, müvafiq dövlət proqramları, o cümlədən dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması təhsilin keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir.

Bu islahat və proqramlar çərçivəsində yeni məktəb binalarının inşası, müasir təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması savadlı və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Həmçinin pedaqoji kadr hazırlığı, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı, məktəbəqədər təhsilin yeniləşdirilməsi, gənclərin xaricdə təhsil almaları, texniki peşə təhsilinin təkmilləşdirilməsi, ali məktəblərin inkişafı və s. məsələlərlə bağlı proqramların qəbul olunması Azərbaycan təhsilini dünya standartları səviyyəsində qurmağa da imkan yaradır. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlarda dövlətin qayğısı əsas rol oynayır, təhsil işçilərini daha böyük nailiyyətlərə səsləyir.

Ölkəmizdə, o cümlədən Biləsuvar rayonunda təhsil sahəsində qazanılan nailiyyətlər ilbəil artmaqda davam edir. Rayon ümumtəhsil məktəblərindən məzun olan şagirdlər yüksək nailiyyətlər əldə etməklə ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda təhsil alırlar.

Cari tədris ilində Biləsuvar rayonunda ümumtəhsil məktəblərindən məzun olan 835 nəfər şagirddən 450 nəfəri Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün müraciət etmiş, 307 nəfəri respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına qəbul olunaraq tələbə adını qazanmışdır.  Sevindirici haldır ki, məzunlardan  11 nəfəri 600-dən, 25 nəfəri isə 500 - dən yüksək bal toplayaraq respublikanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuşdur. 2 nəfər məzun - K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin məzunu Rəhimli Aysel Sərvət qızı və Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbin məzunu Rəhmətov Qədir Fərəc oğlu 674 balla  ən yüksək nəticəni göstərib.
 
Əziz məzunlar, Sizi bir daha təbrik edir, hansı peşəyə yiyələnəcəyinizdən asılı olmayaraq, vətənə və ailənizə layiqli şəxsiyyət kimi yetişməyinizi arzu edirəm. Allah zehninizi açıq, uğurlarınızı bol etsin.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR