» » Pənahəli xan haqqında yeni video-çarx hazırlanıb


Pənahəli xan haqqında yeni video-çarx hazırlanıb

Şuşa qalasının əsasını qoyan Pənahəli xan haqqında yeni video-çarx hazırlanıb. 

"Bilesuvarinfo"
xəbər verir ki, videomaterialda xanın həyat yolu, ölümü ilə bağlı maraqlı faktlar açıqlanıb. "Haqqın Səsi" tərəfindən hazırlanan videoçarx sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edık ki, ideanın müəllifi və sözügedən səhifənin admini Samiq Hüseynov Biləsuvar rayonunun Nəsimi kəndində doğulub. 
O, ixtisasca maliyyəçidir, Bakıda tanınmış şirkətlərin birində baş mühasib işləyir. 
Tanınmış tarixi şəxsiyyətlər və vətənpərvərlik və şəhidlərimiz haqqda tarixi araşdırmalar aparmağı S.Hüseynov özünə hoppi seçib. Bu istiqamətlərdə video-çarxlar hazırlayır. 

İllərdi qəlblərində Vətən sevgisini yaşadan və bu sevginin qarşılığını Şuşanın azad olunması ilə alan, bir xalqın bəşəri oyanışı üçün çalışan, türk tariximizi sorğulayaraq xalqımıza çatdıran, Şuşa qalasının əsasını qoyan Pənahəli xanın şanlı mücadiləsi və yağı düşmənlərə qarşı mübarizəni davam etdirərək "dəmir yumruq" əməliyyatıyla hər bir vətəndaş qəlbinə sevinc bəxş edən İlham Əliyev və hərb Fatehləri haqda informativ məlumatlar yayımlayan, "Şəhidlərin ölməzliyi" anlayışını mənəvi dəyərlərlə insanlarımıza idrak etdirməyə çalışan bir kollektivimiz var - deyən S.Hüseynov sonda vurğulamışdır:

- 2 ildir fəaliyyət göstərərək günün nəbzini və aktual mövzuları Facebook və Youtube üzərindən paylaşırlar. Məqsədləri növbəti videoçarxları və müsahibələri məhz nurlu Qarabağ ərazisində, tarixi Şuşamızda lentə almaqdır. 

Kolletivmizin əməkdaşları: Samiq Hüseynov, Səlimov Əzizxan, Sultanov Yaşar, Murad Sadıqlı və Nəzakət Bayramovdur.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan