» » “Nur”, “OBA Market”, “Al Market” marketləri və 2 dönər evi inzibati məsuliyyətə cəlb olunub


“Nur”, “OBA Market”, “Al Market” marketləri və 2 dönər evi inzibati məsuliyyətə cəlb olunub


“Nur”, “OBA Market”, “Al Market” marketləri və 2 dönər evi inzibati məsuliyyətə cəlb olunub.

"Bilesuvarinfo"
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, “Nur” marketdə (Biləsuvar rayonu, M. İbrahimov küçəsi) 

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu nöqsanları aşkarlanıb.

“OBA Market” MMC-də (Biləsuvar rayonu, M. İbrahimov küçəsi) Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi nöqsanı aşkarlanıb.

“Al Market” MMC-də (Biləsuvar rayonu, M. İbrahimov küçəsi) Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi nöqsanı aşkarlanıb.

İki dönər evinin (hər ikisi Biləsuvar rayonu, M. İbrahimov küçəsi) birində Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və digərində isə 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu nöqsanları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 41 ticarət müəssisəsi və 47 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 61 müəssisədə nöqsanlar müəyyən edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR