» » Qazaxıstan Prezidentinin Azərbaycana səfəri bu ölkələrin tarixi dostluq münasibətlərini daha da möhkəmləndirəcək


Qazaxıstan Prezidentinin Azərbaycana səfəri bu ölkələrin tarixi dostluq münasibətlərini daha da möhkəmləndirəcək

1Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin  Azərbaycan Respublikasına rəsmi səfəri iki dost dövlət arasında yeni mərhələnin başlanğıcı hesab etmək olar. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Dünya tarixində çoxsaylı misallar gətirə bilərik ki, liderlər arasında dostluq münasibətləri onların mənsub olduqları xalqları da bir-birinə səmimi tellərlə bağlayır. Bu da bir həqiqətdir ki, liderlərin dostluğunun əsasında qlobal problemlərin həllinə ortaq baxış dayanır.

Qazaxıstan və Azərbaycan dövlət başçıları arasında bugünkü dostluq və qardaşlıq münasibətləri ulu öndər Heydər Əliyev ideyalarının ardıcıl olaraq həyata keçirilməsi üçün böyük bir stimuldur. Bu dostluq  bütün zamanlarda öz təstiqini tapıb. Ən son tarixə nəzər saldıqda,  2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında Qazaxıstan tərəfinin iştirakı, habelə qardaş ölkənin Azərbaycanın təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM), TANAP və TRANSXƏZƏR enerji və nəqliyyat dəhlizi layihələrinə dəstək verməsi Bakı ilə Astana arasında strateji əməkdaşlığın daha bir göstəricisidir.
Azərbaycan- Qazaxıstan münasibətləri siyasi-iqtisadi sferada olduğu kimi, beynəlxalq münasibətlər müstəvisində də dinamik inkişaf edir. İki qardaş ölkə BMT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY kimi təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə bir-birinin maraqlarını müdafiə etmək üçün çevik mexanizmə malikdir. Qazaxıstan tərəfi son illər Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə fəal iştirakı ilə fərqlənir, bu işə öz qardaş töhfəsini verib.

Ölkələrimizin ikitərəfli münasibətlərin inkişafı istiqamətində hər iki ölkə tərəfindən böyük əhəmiyyət kəsb edən mühüm işlər görülür. İki ölkə arasındakı qardaşlıq münasibətlərinin geniş vüsət alması ilk növbədə bir çox məsələlərdə mövqelərin eyniliyi ilə bağlıdır.

Azərbaycan və Qazaxıstan arasında gələcək iqtisadi - ticari əməkdaşlığın inkişafının daha geniş vüsətlə davam etdiriləcəyi iki dövlət Liderləri tərəfindən bəyan edilib. Həmçinin Xəzər dənizi hövzəsində də birgə əməkdaşlıq bu istiqamətdə ən mühüm addımdır. İki ölkə arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar səmərəli münasibətlərin inkişafına xüsusi töhfə verəcək.

Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan Azərbaycan  və Qazaxstan Respublikalarının Prezidentlərinin görüşü, heç şübhəsiz,  iki ölkə arasındakı qədim tarixə malik olan münasibətlərin daha da dərinləşməsinə yeni səviyyəyə çatmasına təkan verəcək. Əlbəttə, dövlət başçılarının qarşılıqlı münasibətlər  çərçivəsində atdığı mühüm addımlar xalqlar tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə “Altın kıran” ordeni ilə təltif olunması da göstərilən yüksək diqqətin əyani təzahürüdür.

Səfərdə Qazaxıstan Respublikasının Prezidenti Tokayev çıxışında həmçinin Azərbaycanın ölkə rəhbəri İlham Əliyevin güclü, nüfuzlu rəhbərliyi ilə  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini təqdir etdiyini vurğuladı. Görüş çərçivəsində işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı Qarabağın bərbası işinə mühüm bir töhfə kimi qiymətləndirilir.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri bu ölkələrin qarşılıqlı fəaliyyətinin daha da möhkəmlənməsinə ciddi kömək edəcək. Avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi də qeyd ediləcək. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və bərabərlik prinsipi mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirib. Ölkələrimizi ortaq tarixi köklər və ortaq mədəniyyətlə bərabər, yenilməz əzm və mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək səyləri birləşdirir. Odur ki, regionda aparıcı mövqelər tutan Azərbaycan və Qazaxıstan birgə iri layihələri müvəffəqiyyətlə həyata keçirirlər.

Rövşən Cənnətov,
Biləsuvar Dövlət Qalareyasının direktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR