» » » Şəhid Elxan Əhədovun 50 yaşı cənnətdə tamam oldu


Şəhid Elxan Əhədovun 50 yaşı cənnətdə tamam oldu

Bu gün birinci Qarabağ müharibəsi şəhidi Elxan Əhədovun doğum günüdür.

"Bilesuvarinfo" xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları Səmədababad kəndində olaraq, kənd rəsmiləri və sakinlərlə birgə şəhidin ailə üzvlərini ziyarət edib.
Görüş iştirakçıları tərəfindən Səmədabab kəndində Heydər Əliyev parkında şəhidlərin abidə kompleksi və kənd qəbiristanlığında  şəhid Elxan Əhədovun məzarı ziyarət edilərək, şəhidlərin ruhuna dualar oxunub.
Ziyarərdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Vətən torpağının bütövlüyü uğurunda hələ Qarabağ müharibəsinin yenicə başladığı, Azərbaycan ordusunda vahid komandalığın olmadığı illərdə Elxan kimi vətən sevdalı qəhrəmanların öz qanları bahasına düşmənə qarşı fədakar mübarizəsindən danışıb.  Qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin müdrük uzaqgörən siyasəti sayəsində qüdrətlənən dövlətimizdə formalaşan yeni vətənpərvər güclü ordumuzun sayəsində düşmənə yeri göstərildi. 30 illik torpaq həsrətinə son qoyularaq, şəhidlərimizin qanı yerdə qalmadı. 

Səmədabad kənd tam orta məktəbinin müəllimləri - Tarix Vüsallı və Abuzər Əhədov şəhid məzunlarının şərəfli həyat yolundan, qəhrəmanlıqlarından  qürürla danışdılar. Bildiriblər ki, kəndimiz Vətən torpağlarının azadlığı uğurunda 8 şəhid verib, Vətən uğrunda cəsarətlə vuruşaraq şəhid olan, həmçinin döyüşlərdən qəhrəman kimi qayıdan cəsur, igid, Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.
Səmədabad kənd tam orta məktəbinin 1989 - cu il məzunları, şəhidin sinif yoldaşları adınadan çıxış edən Abuzər Əhədov bildirilib ki, məhz həmin şəhdlərdən iki nəfəri, vətənin çətin günündə bizim aramızdan cəbhəyə yola düşüb, şəhadətə yüksəlib.  Bir nəfərimiz - Təvəkkül Hüseynov qazi oldu. Şamil İsayev və Quluyev Malik İnşəllah oğlu isə Qarabağ müharibəsinin veteranlarıdır. Bu gün qürur duyuruq ki, Ələddin, Elxan kimi qəhrəman vətən oğullların qanı yerdə qalmadı. Ali Baş Komadanın rəhbərliyi altında güclü ordumuz 30 illik işğala son qoydu.

Görüşdə şəhid ailələrinə dövlət qayğısından danışılıb. Şəhid qardaşı dövlət qayğısına görə və görüşə  gələn qonaqlara öz  minnətdarlığını ifadə edib. 

Allah rəhmət eləsin!

Oxşar mövzu:
http://bilesuvarinfo.az/783-sinif-yoldaslari-dostlarinin-sehadetininin-28-ci-ilinde.html
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR