» » » Şəhid Sahil Məmizadə doğum günündə anılıb


Şəhid Sahil Məmizadə doğum günündə anılıb

Bu gün Vətən  müharibəsi şəhidi  Sahil Məmişlinin 31 yaşı tamam olur. 

"Bilesuvarinfo.az" xəbər verir ki, şəhidimizin doğum günündə rayon rəsmiləri və içtimaiyyəti nümayəndələri Çaylı kəndində olaraq şəhidin ailəsini və kənd qəbiristanlığında məzarını ziyarət edib.
Anım mərasimində.Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Vətən müharibəsin Qələbəmizin tarixi əhəmiyyətindən söz açıb. Qeyd etmişdir ki, şəhidlərimizin qanı hesabına əldə olunan Qələbəyə görə biz şəhid ailələrinə borçluyuq. Dövlətimiz hər zaman olduğu kimi bu gün də şəhid ailələrinin yanındadır. 

Şəhidin ailə üzvləri ilə görüşdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurov  ailənin qayğıları ilə maraqlanıb. SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov  bildirdi ki, Qarabağın azadlığı uğrunda öz canından keçən kəşfiyyatçı gizir Sahil Məmişli misilsiz rəşadətlər göstərib.

Görüşdə Biləsuvar RİH - nin şöbə müdiri Zamiq Mənsimli, 66 saylı Biləsuvar Seçki Dairəsi Deputatının köməkçisi Əfsun Əlizadə və YAP Biləsuvar rayon təşkilatının bir qrup ərazi partiya təşkilat sədrləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində  şəhadət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıq salnamələrindən söz açıb, onların fədakarlığının yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Şəhidin atası Ağaverdi Qarayev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan şəhid Məmişli Sahil Ağaverdi oğlu 21 avqust 1991- ci ildə Biləsuvar rayonun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvarrayonunun  Çaylı kəndində dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmişli Sahil Ağaverdi oğlu “ Vətən uğrunda ”, “ Cəsur döyüşçü ” və “          " Şuşanın azad olunmasına görə ”  medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR