» » Onların fədakarlığı sayəsində bazarda yanğının qarşısı alındı


Onların fədakarlığı sayəsində bazarda yanğının qarşısı alındı

Biləsuvarda yanğın hadisəsi olub.

“Bilesuvarinfo” xəbər verir ki, hadisə Biləsuvar bazarında olub.

Belə ki, bu gün, səhər 09:00 rardələrində, bazarın girişində yerləşən, Abbasov Elçin Habil oğluna məxsuz geyim dükanında, elektrik naqillərində baş verən qısaqapanmadan əmələ gələn yanğın sürətlə dükanı bürüyüb. Qonşu dükanlarda işləyən İbrahim Sultanlının və Bəxtiyar Alməmmədovun sayıqlığı və yanğınsöndürən balonlarla yanğına qarşı fədakar mübarizəsi sayəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğını qonşu dükana keçərkən söndürüblər.
 
Elçin Abbasova məxsuz dükanın bir hissəsi tamamilə yanıb, yanğın söndürülərkən yanğından qorunan geyim mallarına da ciddi ziyan dəyib.  

Faktla bağlı Föqəlada Hallar Nazirliyi, Biləsuvar Yanğından Mühafizə bölməsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 2009 – cu ilin 15 avqustunda Biləsuvarın mərkəzi bazarında güclü yanğın da baş verib. Axşam 22 : 50 saat radələrində başlayan yanğını söndürmək mümkün olmayıb. Bazarda fəaliyyət göstərən sahibkarlara külli miqdarda ziyan dəyib.
Bu günlərdə, bazardakı vəziyyətlə bağlı “Bilesuvarinfo”da  yazı da yer alıb:
Bazarı oxu
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR