» » Güləşçi gənclər şəhidlərin xatirəsinə həsr olunan turnirdə mübarizə aparır - Yenilənib


Güləşçi gənclər şəhidlərin xatirəsinə həsr olunan turnirdə mübarizə aparır - Yenilənib

Biləsuvar rayonunda şəhidlərin xatirəsinə həsr olunan Respublika turniri keçirilir.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Olimpiada Kompleksində keçirilən Sərbəst güləş üzrə 2 Respublika  turniri  şəhid İqbal Astanlının və Yunan - Roma güləşi üzrə 1 Respublika turniri Babək Mahmudlunun xatirəsinə  həsr olunub.

Bakı şəhərindən və respublikanın müxtəlif rayonlarından olan 15 komanadanın 250 - dən artıq idmançının  qələbə mübarizəsi apardığı turnirin rəsmi açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və rayonun hüquq - mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Yeniyetmə idmançıların (2007 – 2009 təvəllüdlü ) turnirində çıxış edən Biləsuvar  Rayon İcra Hakimiyyətinin Başcısı F. Qürbətov bildirdi ki,   ölkəmizdə gənclər - idman siyasəti dövlətimiz üçün sağlam düşüncəli, savadlı, vətənpərvər gəncliyin formalaşmasına xidmət etmişdir: “Müstəqillik tariximizdə ümümmilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu mühüm dövlət siyasətinin cənab prezident İlham Əliyev tərəfindən daha aydın, müasirləşən dünyamızda, milli ruhda qəbul edilmiş Dövlət Proqramları ilə davam etdirilib. Əziz xatirələrinə həsr olunan idmançı şəhidlərimiz də məhz vətəninə bağlı gənclər olmuşlar.  İllər, əsirlər ötsə də Babəklərin, İqbalların qəhrəmanlıqlarından yenə danışılacaq”   Millət vəkili B.Məhərrəmov bildirib ki,  Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ümumilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazırlıq ruhunda tərbiyə edilməsidir. Vətən müharibəsi Azərbaycanda gənclər siyasətinin möhkəm təməllər üzərində qurulduğunu daha aydın göstərdi.
Turnirin rəsmi açılış mərasimində çıxış edən şəhid valideyinləri turinirin təşkilində göstərilən diqqətə görə Biləsuvar Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Güləş Federassiyasına və Biləsuvardan olan bir çox iş adamlarına təşəkkür etdilər. Həmçinin, artıq qələbə qazanmış bir çox idmançılara medallar təqdim olundu. 
Qeyd edək ki 4 – 7 avqust tarixlərində davam edən  turnirdə, nəticələt tam məlum olduqdan sonra, qələbə qazanan komanda kubokla və idmançılar isə medallar və hədiyyələrlə mükafatlandırılacaq.

*****
Yunan-roma güləşi üzrə I Respublika turnirində:

I yer - Cəlilabad komandası
II yer - Bakı Arena komandası
III yer - Sumqayıt komandası

Sərbəst güləş üzrə II Respublika turnirində:

I yer - Lənkəran komandası
II yer - Abşeron komandası
III yer - İmişli Olimpsport komandası
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR