» » Regional layihələr Azərbaycanı dünyanın böyük güclərinin və aparıcı maliyyə qurumlarının əvəzsiz tərəfdaşına çevirib


Regional layihələr Azərbaycanı dünyanın böyük güclərinin və aparıcı maliyyə qurumlarının əvəzsiz tərəfdaşına çevirib


Bakı, 27 fevral, AZƏRTAC
Vətən müharibəsində Qələbə hərbi-siyasi nəticələrlə yanaşı, bir sıra reallıqları da üzə çıxardı. Prezident İlham Əliyev göstərdi ki, bütün iqtisadi yüklənmələrə, artan maliyyə xərclərinə baxmayaraq, dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni əsirgəmir. Dövlətimizin başçısı Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bir daha bəyan etdi ki, onun bu sahədəki siyasəti birmənalıdır. Təkcə bu il ərzində şəhid ailəsi və müharibə əlillərinə 3 minə yaxın mənzil veriləcək. Ümumi hədəf isə 2021-2025-ci illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsini, müharibə əlilini mənzil və fərdi evlərlə təmin etməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, müharibədən çıxmış, üstəlik, pandemiyadan qaynaqlanan iqtisadi böhranın təsirlərindən hələ tam qurtulmamış bir ölkədə işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri ilə yanaşı, bu prosesi reallaşdırmaq sadə məsələ deyil. Lakin 17 il ərzində bu qəbildən olan soydaşlarımıza 9200-ə yaxın, ötən il isə 1572 mənzilin verilməsi hədəflənən proqnozun artıqlaması ilə reallaşacağına heç bir şübhə yaratmır. Üstəlik, zəfərimizin daha da artırdığı nüfuzumuz, sülh və sabitliyin vəd etdiyi əlavə imkanların gücümüzə güc qatacağı da aydındır.
“Sülh və sabitlik bizim arzumuz və mövcud reallığın tələbidir. Lakin Prezident İlham Əliyev də dediyi kimi, müttəfiqləri tərəfindən Ermənistan ordusunu yenə də canlandırmaq, onları modernləşdirmək cəhdləri var. Lakin dövlət başçısının açıq mətnlə ifadə etdiyi kimi, bölgədə gedən prosesləri diqqətlə izləmək üçün Azərbaycanın imkanları və informasiya mənbələri kifayət qədər çoxdur. Bu mənada biz Ermənistanın da onun havadarlarının da cəhdləri əbəsdir. Əlbəttə, bundan sonrakı addıların da son nəticəsi rüsvayçı məğlubiyyətdən başqa bir şey deyil, lakin əgər revanşa cəhd olunsa, 44 günlük müharibədən fərqli olaraq, bu dəfə Ermənistan dövlətçiliyi ilə bərabər, onun müttəfiqlərinin bölgədəki nüfuzu da tam mənada yerlə yeksan olaraq fiaskoya uğrayacaq”,-deyə Bəhruz Məhərrəmov qeyd edib.
Deputatın sözlərinə görə, bunun üçün real zəmin var, bu zəmin və imkanlar getdikcə daha da güclənməkdədir. Dövlətimizin başçısı da bəyan etdiyi kimi, “biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlar imzalanıb, ən müasir silahlar artıq gətirilməyə başlanıb”. Üstəlik, real müharibə şəraiti bizim üçün ordunun təkmilləşdirilməsi istiqamətlərini detallı formada üzə çıxarıb və Müzəffər Ali Baş Komandanın hədəfi qalib ordumuzu daha çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan orduya çevirməyə yönəlib. Bu onu göstərir ki, indi 1990-cı illər deyil, indi Azərbaycan hərbi-siyasi idarəçiliyi diletantların əlində deyil, Azərbaycanın müdafiəsi özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmayıb, şər blokuna qalib gəlmiş Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi dünyanın ən güclü ordularından biri bu torpaqların keşiyindədir.
“Prezident İlham Əliyev ölkədə sağlam qüvvələrin milli birliyinə nail olub”, - deyən B.Məhərrəmov diqqətə çatdırıb ki, regional layihələr Azərbaycanı dünyanın iri gücləri və aparıcı maliyyə qurumlarının əvəzsiz tərəfdaşına çevirib. Bu mənada reallıq və imkanlar da rəsmi Bakının xeyrinə dəyişməkdədir. Belə olan halda Azərbaycanı qarşısına almaq sözün əsl mənasında gülünc olar. Digər tərəfdən, Ermənistanın özündə baş verənlər – toqquşma və böhranlar istənilən müttəfiq yardımının faydasızlığını labüd edir. Çünki Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb.
“Azərbaycan Prezidentinin “dəmir yumruq”dan güc alan hücum diplomatiyası, sözün əsl mənasında, özünü göstərməkdədir. Müzəffər Ali Baş Komandanının tələbi sərt və aydındır - Ermənistan kimi faşist bir dövlətdə ordu olmamalıdır. Səbəbi isə aydın, tarixi proseslər fonunda ədalətli və qəbulediləndir. “Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”. Etiraf edək ki, belə bəyanat vermək üçün yalnız haqlı olmaq yetərli deyil. Bunun üçün həlledici amil ölkənin milli birliyi, daxili sabitliyi və hakimiyyətə olan etimaddan doğan gücdür ki, bu amil də dövlətimizin başçısının ən böyük nailiyyəti kimi Azərbaycanda mövcuddur”, - deyə Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan