» » Təhsildə fərqlənən Səməd "Qızıl nişan" la mükafatlandırılıb


Təhsildə fərqlənən Səməd "Qızıl nişan" la mükafatlandırılıb

Təhsildəki uğuruna görə Biləsuvar məktəblisi Təhsil Nazirliyi tərəfindən döş nişanı ilə təltif olunub.

"Bilesuvarinfo" xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev tərəfindən  “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalanıb. Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə bir qrup şagird qızıl nişana layiq görülüb.

Milli Qəhrəmanı Mübariz İbrahimovun adına  Biləsuvar Təhsil Kompleksinin məzunu Səməd Nuriyev də təhsilində fərqləndiyinə görə "Qızıl nişan"a layiq görülüb.  
              
Təhsil kompleksinin məzununu bu münasibətlə təbrik edir, uğurlarının davamını diləyirik!.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR