» » Suvarma kanalları təmizlənir - VİDEO


Suvarma kanalları təmizlənir - VİDEO

Biləsuvarda suvarma kanalları lildən  təmizlənir.

"Bilesuvarinfo" "Real" Tv - yə istinadən xəbər verir ki, Biləsuvar rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ildə 876 km məsafıdə suvarma kanallarında lildən təmizləmə işləri aparılıb.

Biləsuvarda 38900 hektardan artıq əkin sahəsi suvarılır. Sahələrin 20422 hektarı nasoslar vasitəsilə, 18487 hektarı isə öz axını ilə həyata keçirilir.

Son illər əkin dövriyyəsinə əlavə torpaqlar cəlb edilməsi nəticəsində əkin sahələri genişlənərək 57216 hektara çatıb. Əkin sahələrinin suvarılması üçün Cənubi-Muğan kanalı, Arazın yeni qolu və qismən Bolqarçay su anbarından istifadə olunur.

2022-ci ilin 6 ayı ərzində Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılmasına xidmət edən 2 nömrəli və 10-A nömrəli nasos stansiyalar yeni tipli məhsuldar qurğularla təhciz olunub.

Qeyd edək ki, Biləsuvar rayonunda 2022-ci ildə 24440 ha taxıl, 6440 ha pambıq, 6580 ha yonca, 833 ha bostan-tərəvəz, 137 ha günəbaxan, 1365 ha qarğıdalı və digər kənd təsərrüfatı təyinatlı bitkilər əkilərək və suvarılması həyata keçirilib.

REAL
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan