» » "Gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub"


"Gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub"

Biləsuvarda Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, tədbir Biləsuvar Gənclər Evində keçirilib. Öncə Dövlət himni səsləndirilmiş,  Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızın əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Biləsuvar  Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev  ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına əsasən yaradılan Azərbaycan Gənclər və İdman Nazirliyinin yaradılmasının əhəmiyyətindən, ötən bu illər ərzindən uğurlu gənclər siyasətinin icrası üçün qəbul olunmuş Dövlət Proqramlarından ətraflı söz açdı.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir."

Tədbirdə çıxış edən Gənclər Evinin direktoru Vəkil Cəfərli dövlətin gənclərə olan qayğısından söhbət açdı,  gəncləri nazirliyinin yaradılmasının 28-ci ildönümü münasibətilə təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı. Digər gənclər mövzu ətrafında çıxış edərək, öz fikir və təkliflərini söyləyiblər.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətovun təşəbbüsü ilə təşkil olunan “Məlumatın düzgün ötürülməsi” adlı interaktiv oyun oldu. 

Tədbir gənclərin  maraqlı musiqi ifaları ilə davam etdirildi və sonda xatirə şəkilləri çəkildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR