» » Biləsuvarda milli mətbuatın yaranmasının 147 illiyi qeyd edildi


Biləsuvarda milli mətbuatın yaranmasının 147 illiyi qeyd edildi

Biləsuvar rayonunda Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib. 

“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sayt və qəzet rəhbərləri və müxbirlər iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Faiq Qürbətov jurnalistləri bayram münasibətilə təbrik edib. O, Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunmasını, senzuranın ləğv edilməsini xatırladaraq Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsini xüsusi vurğulayaraq, bunun dövlət başçısının mətbuata olan diqqətinin bariz nümunəsi olduğunu bildirib.

Azərbaycan mətbuatınının  147 illik keçdiyi inkişaf yolundan, cəmiyyətdə əvəzsiz rolundan danışan  başçı Faiq Qürbətov tədbirdə iştirak edən mətbu orqanların nümayəndələrinə Biləsuvar rayonunun ictimai-siyasi, sosial-iqtisadi, kənd təsərüfatı, elmi, təhsili, mədəniyyətinin, ölkədə baş verən proseslərdə biləsuvarlıların rolunun mətbuatda mütəmadi işıqlandırdıqları üçün minnətdarlığını bildirdi. Ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd edib.

Təbbirdə çıxış edən jurnalisltlər peşə bayramları münasibətilə onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürünü bildirdilər.

Daha sonra rayon rəhbərliyi tərəfəndən tədbir iştirakçılarına hədiyyələr təqdim olundu. Milli Mətbuat Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.
Sonda xatirə şəkli çəkildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan