» » Mübariz İbrahimovun şəhadətindən 11 il ötür


Mübariz İbrahimovun şəhadətindən 11 il ötür

“ Biləsuvarinfo” xəbər verir ki, qəhrəmanın şəhadəti günündə ehtiram əlaməti olaraq  insanlar tərəfindən Biləsuvar rayonunda olan ata ocağı ziyarət olunmuşdur. 

Qəhrəmanın valideyinləri ilə görüşən insanlar M.İbrahimovun ölməz qəhrəmanlığından danışmışlar. Qeyd etmişlər ki, o, Azərbaycanın Qəhrəmanlıq salnaməsini yeniləmiş, bu məktəbdən güc alan Müasir Azərbaycan gəncliyi torpaqların işğalda qalması barışmayacaqlarını Aprel, Tovuz döyüşlərində göstərdikləri şücayətləri ilə ortaya qoymuşdur.
 
Görüşdə ziyarətçilər M. İbrahimovun valideyinlərinə qəhrəman oğul böyütdüklərinə görə minnətdarlıq ifadə etmişlər. O da vurğulandı:  "Azərbaycanın qəhrəmanlar diyarı olmasına Vətən muharibəsində şanlı Qələbəmizlə bütün dünya şahidlik etdi. Ali Baş Komandan İlham Əliyevin ərtafında sıx birləşən cəngavərlərimiz ölkəmizin ərazi bütövlüyünü təmin etmişlər...".
 
Qeyd edək ki,  Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsinə yollanıb.
 
2010-cu ilin iyunun 18-də gecə saatlarında gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv edib. Sonra düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşüb. M.İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan