» » Biləsuvarlı 17 nəfər zabit və gizirlərin ailələrinə “Vətən müharibəsi şəhidləri” kitabının 1-ci cildinin nüsxələri təqdim olundu.


Biləsuvarlı 17 nəfər zabit və gizirlərin ailələrinə “Vətən müharibəsi şəhidləri” kitabının 1-ci cildinin nüsxələri təqdim olundu.

18 iyun 2021-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Biləsuvar rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.Tədbirin başlamasından əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünun, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Vətən müharibəsi iştirakçısı, qazisi ehtiyatda olan baş leytenant Zamiq Mənsimli, deputat Bəhruz Məhərrəmovun köməkçiləri, Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov və birliyin üzvləri,  Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, yerli informasiya agentliyi "Bilesuvarinfo.az" saytının rəhbərliyi də iştirak etmişlər.

Görüşün əsas məqsədi Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş zabit və gizirlərindən bəhs edən “Vətən müharibəsi şəhidləri” adlı kitabın birinci cildinin nüsxələrini kitabda adları yer alan Biləsuvar rayonundan olan 17 nəfər zabit və gizirlərin ailələrinə təqdim olunması idi. “Vətən müharibəsi şəhidləri” adlı kitab layihəsinin müəllifi, tərtibatçı-redaktoru polkovnik Abdulla Qurbaninin bildirdiyinə görə bu kitab ilk, birinci cilddir və kitabın növbəti cildləri də çap ediləcəkdir. Kitabın ikinci cildinin Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş müddətdən artıq hərbi qulluqçularına, üçüncü, dördüncü və beşinci cildlərinin Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş əsgərlərinə, altıncı və yeddinci cildlərinin isə Vətən Müharibəsində şəhid olmuş güc strukturlarının əməkdaşlarına və mülki vətəndaşlarımıza həsr edilməsi nəzərdə tutulmuşdur.

Tədbirdə Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik leytenant Əkbərov Orxan Nadir oğlunun, Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan Mahmudov Cavid Hilal oğlunun, Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan Babayev Nihad Akif oğlunun, şəhid kapitan Tağızadə Elçin Ağaqulu oğlunun, şəhid baş leytenant Mailov Namiq Abış oğlunun, şəhid baş leytenant Mirzəyev Elmar Şahin oğlunun, şəhid leytenant Nəcəfov Sadiq Nüsrət oğlunun, şəhid gizir Babayev Elməddin Cəfərqulu oğlunun, şəhid gizir Məmişli Sahil Ağaverdi oğlunun, şəhid gizir Ağayev Saleh Nurəddin oğlunun, şəhid gizir Vəliyev Sehran Nizami oğlunun, şəhid gizir Xosizadə Müşviq Zakir oğlunun, şəhid gizir Qəniyev Cahid Şaiq oğlunun, şəhid gizir Əlizadə Tahir Qəribəli oğlunun, şəhid gizir Əmənov Məhəmməd İltizam oğlunun, şəhid gizir Məmmədov Natiq Sahib oğlunun, şəhid gizir Həsənli Telman Rafiq oğlunun ailəsinə kitabın nüsxəsi təqdim edilmişdir. Kitabın ərsəyə gəlməsinə görə şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri polkovnik Abdulla Qurbaniyə öz səmimi minnətdarlıqlarını bildirmiş, şəhid övladlarının şeirləri səsləndirilmişdir. Tədbirin sonunda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbr versin.
























Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan