» » Ukraynada yaşayan həmyerli çempionumuzun daha bir QƏLƏBƏSİ - FOTOLAR


Ukraynada yaşayan həmyerli çempionumuzun daha bir QƏLƏBƏSİ - FOTOLAR


Ukranyanın Kiyev şəhərində yaşayan dünya və Avropa çempionu, MMA ustası İsgəndərov Fəxrəddin Firidun oğlu rəqibini məğlub edib.

"Bilesuvarinfo" Xeber24.info-ya istinadən xəbər verir ki, çempionumuz MediaBaku.az-a açıqlamasında bildirdi ki, yad ölkədə olsa da, ürəyi hər zaman Azərbaycanla döyünüb.

"Ukraynada yaşamağıma baxmayaraq, ürəyim həmişə Vətən ilə, bayraqla döyünür. Vətənə və bayrağa sevgim əbədidir. Bu döyüşümü, bu qələbəmi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə,  052 Yaşmaya və Biləsuvarın fəxri komandiri, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət Mirzəye hədiyyə edirəm. Ona görə ki, mən 8 noyabrda anadan olmuşam və onlar Şuşanı düşmən tapdağından azad edərək mənə ən böyük hədiyyə etmiş oldular. 

Mən, azərbaycanlı olmağımla fəxr edirəm və bütün Azərbaycan Şəhidlərini yad edərək onların ruhu qarşısında baş əyirəm. Yerləri Cənnətlik, ruhları şad olsun. Allah yaxınlarına səbr versin. Şəhid analarının qarşısında baş əyir, gözlərindən öpürəm. Unutmayın ki, sizin bir oğlunuz da var. Vətən sağ olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!", - deyə idmançımız qeyd edib.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR