» » Hikmət Mirzəyevin büstü hazırlandı


Hikmət Mirzəyevin büstü hazırlandı


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi, heykəltəraş Zamik Rzayev bir çox şəhidin xatirəsinə ucaldılmış heykəllərin müəllifidir. 

"Bilesuvarinfo" Azvision-a istinadən xəbər verir ki, o, aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin barelyefini, Vətən Müharibəsi şəhidi Cavid Səfərlinin büstünü, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq Tağıyev və Sakit Tağıyevin, Vətən Müharibəsi şəhidi Nicat Şükürlünün heykəllərini hazırlayıb. Bundan əlavə, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir.

Z.Rzayev, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü hazırlayıb.


Gənc heykəltəraşın əl işləri ilə tanış olmaq üçün emalatxanasına baş çəkib, onunla həmsöhbət olduq. Müsahibimiz deyir ki, şəhidlərimizlə yanaşı yaşayan qəhrəmanlarımızı da dəyərləndirmək lazımdır.

“Hikmət Mirzəyevin paraddakı fotosunu görəndə çox təsirləndim. Bundan sonra büstü hazırladım. Sərgi olarsa, büstü orada nümayiş etdirəcəyəm. İstərdim ki, Şuşada Hikmət Mirzəyevin böyük bir abidəsi ucaldılsın. Şuşaya səfər edən hər bir şəxs bilsin ki, Şuşanın alınmasını kimlərə borcluyuq”, - Z.Rzayev vurğulayıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan