» » Biləsuvarda nəcib aksiya həyata keçirildi - Şəkillər


Biləsuvarda nəcib aksiya həyata keçirildi - Şəkillər


15 iyun 2021-ci il tarixdə Biləsuvar rayonunda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin bir qrup üzvü birliyə təhkim olunmuş əkin torpağında becərilmiş arpa məhsulundan 8 ton ayıraraq  daha çox ehtiyacı olan Vətən Müharibəsi qazilərinə paylanması üçün nəcib təşəbbüs göstərmişlər.

"Bilesuvarinfo" xəbər verir ki, rayon Ağsaqqallar Şurası da bu nəcib aksiyaya qoşularaq 13 ton arpa məhsulu göndərmişlər. Ümumilikdə 21 ton arpa daha çox ehtiyacı olan  60 nəfər Vətən Müharibəsi qazilərinin ailələri ziyarət olunaraq onlara paylanıldı.

Bu məqsədlə keçirilən tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov göstərdikləri  nəcib təşəbbüsə görə həm  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə, həm də  Biləsuvar rayon Ağsaqqallar Şurasına öz təşəkkürünü bildirmişdir.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR