» » Koreyada dənizçilik ixtisasına qəbul olan ilk azərbaycanlı Loğmandır


Koreyada dənizçilik ixtisasına qəbul olan ilk azərbaycanlı Loğmandır

Elə bu həvəsin daha da artması onun yolunu Azərbaycan Dövlət Dəniz Akademiyasından salıb.  Qəbul imtahanında yüksək nəticə ilə akademiyaya qəbul olub. 

Haqqında danışılan 21 yaşlı Loğman Əbilzadə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Naviqasiya Mühəndisliyi” ixtisasına yüksək balla qəbul olduğundan əlaçı təqaüdünə layiq görülüb.
Dərslərini əla qiymətlərlə oxumağı davam etdirən Loğman universitetdə təhsil aldığı müddətdə əlaçı təqaüdü alıb və eyni zamanda Azərbaycan Xəzər Dənizi Gəmiçiliyinin əlaçılar üçün nəzərdə tutulmuş təqaüdünə də layiq görülüb. 

Onun sözlərinə görə, məqsədi dənizçilik üzrə yüksək təhsilə sahib olduqdan sonra öz gəmiçilik şirkətini qurmaq və Azərbaycanda dənizçiliyin inkişafına töhfə verməkdən ibarətdir. 

"Bakalavr təhsilim boyu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Vadim Seyidov və Caspian Marine Services şirkətinin İslay gəmilərində təcrübədə olmuşam. Bundan əlavə, universitet boyu müxtəlif xarici universitetlərin seminarlarında iştirak etmişəm. Bura Dünya Dənizçilik Universitetinin və Koreya Dənizçilik İnistitunun bir çox seminarları aiddir. Qarşıma məqsəd qoymuşdum ki, dünyanın ən yaxşı dənizçilik təhsili verən universitetində magistr təhsili alacam", - gənc müsahibimiz əlavə edib. 

Artıq bu il Koreya Dəniz və Okean Universitetinin “Shipping management” ixtisasına qəbul olduğunu bildirən 21 yaşlı L.Əbilzadə deyib ki, bununla yanaşı universiteti Qlobal Koreya Təqaüdçüsü olaraq davam etdirəcək. 

Onun sözlərinə görə, bu təqaüd proqramı bütün dünya ölkələri üzrə tələbələr arasında ən yaxşı namizədlərin təhsilinə dəstək verir:  "Mən də həmim namizədlər içərisindəyəm və Azərbaycan tarixində ilk dəfə Koreyada dənizçilik təhsili alacaq ilk şəxs olacam."

Qeyd edək ki, Loğman Əli oğlu Əbilzadə 
2000-ci ilin iyulun 20-də Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. İbtidai təhsilini Biləsuvar rayon K.Ağayev adına internat məktəbində alıb. 5-11-ci sinif təhsilini isə Bakının Xətai rayonunda yerləşən 59 nömrəli məktəbdə davam etdirib.

Orta məktəbi əla qiymətlərlə bitirən L.Əbilzadə  qəbul imtahanında 600-dən artıq bal toplayıb.

Tural Nəsir
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan