» » Otbağlayan aqreqat üzərinə aşdı, xəstəxanalıq oldu


Otbağlayan aqreqat üzərinə aşdı, xəstəxanalıq oldu


Mexanizatorun ehtiyatsızlığı onun ciddi xəsarəti ilə nəticələnib.

" Bilesuvarinfo " xəbər verir ki, Biləsuvarın Xırmandalı kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Balasər Adışirin oğlu yaşadığı ünvanda iş görərkən  ciddi xəsarət alıb.

Belə ki, mexanizator olan B.Hüseynov özünəməxsuz otbağlayan aqreqatı təmiri zamanı ehtiyatsızlığı  otbağlayanın üzərinə aşmasına səbəb olub.

Ağır bədən xəsarəti alan mexanizator Biləsuvar rayon Mərkəzi xəstəxanasına çatdırılaraq, ilkin tibbi yardım göstərilib.

Döş qəfəsinin travması, sağ tərəfli çoxsaylı qabırğa sınıqları alan xəstənin travmasının ağırlığı nəzərə alınaraq Bakıya, xəstəxalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan