» » Dini icma rəhbərləri ilə videokonfrans keçirildi


Dini icma rəhbərləri ilə videokonfrans keçirildi


09 iyun 2021-ci il tarixdə Covid-19 pandemiyası ilə əlaqədar olaraq tətbiq olunan məhdudiyyətlərin bir qisminin ardan qaldırılması ilə bağlı  dini icma rəhbərləri ilə videokonfrans keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə DQDK-nın Şirvan bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Sənan Xəlilov, Biləsuvar RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, DQİDK-nın Şirvan bölgəsi üzrə nümayəndəliyinin Biləsuvar rayonu üzrə məsləhətçisi Taleh Nuriyev və Biləsuvar rayonunda  fəaliyyət göstərən dini icmaların sədrləri iştirsk etmişlər.


Videokonfransda pandemiya ilə bağlı məhdudiyyətlərin qismən  aradan qaldırılması ilə əlaqədar olaraq məscid və ziyarətgahlarda görüləcək işlər, dindarların öz ibadətlərini mövcud qaydalara uyğun icra etmələrindən ötrü tövsiyyələr səsləndirildi.

Bildirildi ki, məscidlərdə kütləvi ibadətlər zamanı həmin qaydalara əməl etmək çox vacibdir.Dindarlarımız ibadət evlərinin qapıları açıldıqdan sonra kütləvi ibadətlərdə ara məsafələrini gözləməli, digər gigiyenik qaydalara riayət etməlidirlər. Yalnız qaydalara riayət edərək, bu şəkildə  davam etdikcə, biz tamamilə bu virusdan qurtarıb tam rahat şəkildə ibadətlərimizi  həyata keçirə biləcəyik.

Videokonfransda müəyyən olunmuş qaydalara riayət olunmasının səmərəliliyini təmin etməkdən  ötrü birgə fəaliyyətin təşkil olunması barədə təkliflər dinlənildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan