» » “Erməni diasporunun antitürk fəaliyyəti"


“Erməni diasporunun antitürk fəaliyyəti"

“Biləsuvarinfo” xəbər verir ki, gənc taixçi alimin 11 illik elmi araşdırmalarımın nəticəsi olaraq, Türkiyədə çap olunan yeni kitabı (monoqrafiyası) belə adlanır. Kitab "Akçağ" Yayın Evinin sifarişi əsasında ərsəyə gəlib.


Yeni kitab ali və orta ixtisas məktəblərinin tələbələri, diplomatik sahədə çalışan mütəxəssislər, magistr, doktorant və dissertantlar üçün nəzərdə tutulub.


Qeyd edək ki, Taleh Vəzir oğlu Cəfərov - 1983-cü il avqustun 29-da Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. 1990-2000-ci illərdə Biləsuvar rayonu Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbində təhsil almışdır. 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 2004-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 


T.Cəfərov 2006-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura şöbəsində təhsilini fərqlənmə diplomu ilə başa vurub. Universitetin Türk və Şərqi Avropa Xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 


Gənc alimin gərgin elmi araşdırmaları ilə erməni saxtakarlığı haqda tutarlı tarixi faktları da qarşıya qoymuşdur. 2013-cü ildə “Qondarma erməni soyqırımı faktların dili ilə” adlı monoqrafiyası işıq üzü görüb. Kitabda qarşıya qoyulan əsas predmetlərdən biri də, heç şübhəsiz ki, ermənilərin və onların himayədarlarının irəli sürdüyü 1,5-2 milyon nəfərə yaxın erməninin türklər tərəfindən qətlə yetirilməsinin cəfəngiyatdan başqa bir şey olmadığını sübuta yetirməkdir.


O, 29 oktyabr 2016-cı ildə Bakı Dövlət Universitetində “XIX-XX əsrlərdə erməni diasporunun formalaşması və antitürk fəaliyyəti” mövzusunda dissertasiyanı uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüsdür. 40-dan artıq emi məqalənin, 4 kitab müəllifidir. Türkiyədə cap olunan 6 cildlik “Orta Türk Tarihi” adlı külliyatın yarımfəsil müəlliflərindən biridir. Həmçin çalışdığı ali təhsil ocağında 2019-cu ildə “Tarix və Coğrafiya” fakültəsinin tələbələri üçün nəşr olunan “Erməni diasporu” adlı dərs vəsaitinin də müəllifidir.


Taleh müəllim hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix - Coğrafiya fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrə Türk xalqlarının tarixi və Qafqaz tarixi fənnlərini tədris edir. 


"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi İdarə Heyətinin üzvüdür.


Ailəlidir, iki övladı var.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR