» » Vüsal İlkin oğlu Qənbərli - Vətən müharibəsinin şəhidi


Vüsal İlkin oğlu Qənbərli - Vətən müharibəsinin şəhidi


Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurmuşdur. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb.

Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. O, Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.

(25.12.2020) — Ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. 

21 yanvar 2021-ci il tarixdə  övladı dünyaya gəlib. Şəhidin arzusu ilə görə bilmədiyi övladına Rəsul adı verilib. 







Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR