» » » Bu gün tank bölüyünün komandiri Şəhid baş leytenant Namiq Mailovun 38 yaşı tamam olur


Bu gün tank bölüyünün komandiri Şəhid baş leytenant Namiq Mailovun 38 yaşı tamam olur



Bu gün Vətən müharibəsində şəhid olan baş leytenantı, tank bölüyünün komandiri Namiq Abış oğlu Mailovun 38 yaşı tamam olur. 

 
" Biləsuvar info" xəbər verir ki, şəhidimizin anım günündə  rayon içtimaiyyətinin nümayəndələri və silahdaşları tərəfindən onun boya-başa çatdığı Biləsuvar rayonunda olan ata ocağı ziyarət olunur. Ziyarətçilər  qəhrəmanımızın  rayon qəbiristanlığında olan  məzarı önünə gələrək, onun ruhuna dualar  oxuyurlar. 

Qeyd edək ki, Silahlı Qüvvələrimizdə 2006-cı ildən xidmətə başlayan Namiq Mailov 2011-ci ildə könüllü olaraq Naxçıvandan Füzuli rayonuna göndərilşmişdir. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi Aprel döyüşlərdə ciddi yaralanıb, sağalaraq yenidən xidmətə qayıdıb. 

 27 sentyabırdan başlanan Vətən muharibəsinin ilk günündə onun rəhbərlik etdiyi tank  bölüyü Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yarıb. Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kəndi irələdikdən sonra gedən şiddətli döyüşlərdə  qəhramancasına şəhid olur.

Namiq Mailov oktyabrın 4-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. O, Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşdə şəxsi igidliyi və şücaətinə görə Ali Baş Komandan tərəfindən ölümündən sonra "Vətən uğrunda" və  "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Cənnətdə 38 yaşını qeyd edən şəhid baş leytenantımızın Cəsur (10 yaşlı) və  Cahid  ( 7 yaşlı) oğul övladları Vətənə əmanətdir

         Allah rəhmət eləsin!.

                            SURXAY ŞAHBAZOV, 
                            Baş redaktor 




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan