» » » Şəhid ailəsinin evinə gedən yolda ağaclar əkilmişdir


Şəhid ailəsinin evinə gedən yolda ağaclar əkilmişdir


Vətən muharibəsi şəhidi İlkin Fərhad oğlu Məmmədovun boya-başa çatdığı Biləsuvar şəhərində ( Bakı kücəsində ) yerləşən ata ocağının həyətinin ətrafına həmişəyaşıl ağaçlar əkilmişdir.
"Biləsuvar info" xəbər verir ki, bu haqda məlumat verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirmişdir ki, 
şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ən səmərəli və məqsədəuyğun vasitələrdən biri heç şübhəsiz ki, onların adına yaşıllıqların salınmasıdır: "Ona görə də bu gün rayonda YAP könüllülərinin iştirakı ilə şəhid  İlkin Məmmədovun məhəlləsində ağacəkmə aksiyası keçirdik. Hasarın küçə hissəsi və  şəhid ailəsinin evinə gedən yolda ağaclar əkdik. İlkinin xatirəsinin bu cür əbədiləşdirilməsi şəhidin valideynlərinin də ürəyincə oldu."
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan