» » ABŞ-dan Qarabağla bağlı SENSASİON AÇIQLAMA: Rusiyanın məqsədi odur ki...


ABŞ-dan Qarabağla bağlı SENSASİON AÇIQLAMA: Rusiyanın məqsədi odur ki...


Rusiya Dağlıq Qarabağ ətrafında konfliktin nizamlanmasına yox, saxlanılmasına çalışır.
"Bilesuvar.İnfo" Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib. O, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda qalmasından narazılığının artacağını gözlədiyini bildirib:

“Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabrda belə dedi: “Bu, bizim 1998-ci ildə olduğumuz situasiyadır. Azərbaycan daha sonra bizim 2008-ci ildə olduğumuz situasiyada olacaq. Daha sonra o bizim indiki situasiyamıza gələcək”.

Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.
Kent Rusiyanın Qarabağdakı konflikti manipulyasiya etməklə ondan fayda götürməyə, Azərbaycanla Ermənistanın irəli getməsinə imkan verməməyə çalışdığını deyib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan