» » "İsgəndər" raketinin mühərrik qovşağı dağılmır - Mütəxəssisdən AÇIQLAMA


"İsgəndər" raketinin mühərrik qovşağı dağılmır - Mütəxəssisdən AÇIQLAMA


Bunu Milli.Az-a açıqlamasında Şuşada müəmmalı şəkildə aşkar edilən "İsgəndər M"-lərlə bağlı məsələni şərh edərkən radiotexnika üzrə mütəxəssis Vüqar Seyidov deyib.

O bildirib ki, Şuşada tapılan "İsgəndər-M"in müharrikləri haradasa düşüb qalıb:
"Hər bir hərbiçi bütün silahların necə markalanmasını bilə bilməz. Ona görə də bu raketlərin eynən "İskəndər-M" olması mənim üçün tam yəqin deyil. Çünki bu iki raketin cəmi bir qovşağı fərqli olur. Mühərrik qovşağı. Bir qovşağa görə bütün raketdə markalanmanı dəyişməyin nə mənası var?


Hər qovşağı müxtəlif müəssisələr buraxır və bir yerdə yığılır. Ayrı-ayrı qovşaqları istehsal edən müəssisələr məncə heç bir fərqi olmayan qovşaqlara eyni markanı yazacaq, tək mühərrik istehsal edən zavoddan başqa. Əgər mühərrik 9K723 markası ilə tapılsaydı, onda daha dəqiq demək olardı. O halda sonrakı fikirləri yürütmək olar. Bu raketdə mühərrik qovşağı əsasən dağılmır. Haradasa düşüb qalıb".

Xatırladaq ki, "İsgəndər" raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Raketin qalıqları bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində "İsgəndər-M" raketi buraxılıb.

Təhməz Əsədov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR