» » Avtomobil qaz xəttinə çırpıldı, bir kənd qazsız qaldı


Avtomobil qaz xəttinə çırpıldı, bir kənd qazsız qaldı

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Biləsuvarinfo" xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü "VAZ 2107" markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb. Hazırda qəzanın fəsadları aradan qaldırılır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan