» » Qardaşı yenicə ölmüşdü, özü qəzada öldü


Qardaşı yenicə ölmüşdü, özü qəzada öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol - nəqliyyat qəzası baş verib. 

"Bilesuvarinfo"un məlumatına görə, hadisə Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun  rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, həmin kənd sakini, 1979-ci il təvəllüdlü Quliyev Emin Baxış oğlu idarə etdiyi "Kia rio" markalı minik avtomobilini aşırıb. 

Qəza nəticəsində sürücü və onun sərnişini, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Qulu Qurban oğlu hadisə yerində ölüblər. 

Qeyd edək ki, hadisədə dünyasını dəyişən sürücünün qardaşı yaxın vaxtlarda vəfat edib. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR