Çox işləyib, az qazanan Saleh » Yerli İnformasiya Agentliyi
» » Çox işləyib, az qazanan Saleh

Çox işləyib, az qazanan Saleh

Biləsuvar şəhərində, az adam olar onu görməsin. O, küçələrin təmizlənilməsində "can yandıran" işçilərdən biridir.

Hər gün səhər 04:00-dan Biləsuvar şəhərinin Heydər Əliyev küçəsində süpürülən tullantıların daşınmasını həyata keçirir o. Günortayadək dayanmadan işləyir, necə deyərlər " "kommuxoz"un ortada yeyib, kölgədə gəzən "sosial" işçilərindən deyil."

Ömrünü halal zəhmətlə keçirən 55 yaşlı Saleh Qasi oğlu Əsgərov kolxozda, zavodda fəhlə işləyib. 2002 - ci ildən isə Biləsuvar Kommunal Müəssisələri Kombinatında çalışır. 

Deyir ki, 22 ildir dayanmadan işləyirəm, aldığım 282 manat əmək haqqıdır. Nə yaxşı olardı, bir az artıq pul alardım: "2 övladım var, oğlum Vətən müharibəsində iştirak edib, döyüşdə qıçından zədə alıb. Müharibən bir müddət sonra, hərbi xidmətini başa vurub, evə qayıdıb.O, da işsiz olduğundan, ailəmin bütün xərçləri mənim boynumdadır.. ."
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran

karvan

SON MƏQALƏLƏR