» » » Şəhid İsayev Rahət Rafət oğlu.


Şəhid İsayev Rahət Rafət oğlu.

     İsayev Rahət Rafət oğlu 2000-ci ilin dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 27 sentyabrda başlayan böyük Vətən müharibəsinin ilk günlərindən Füzuli Xocavənd döyüşlərinin demək olar ki, hamsında iştirak edən İsayev döyüş yoldaşları və komandirlərin sevimlisinə çevrilir və manqa komandiri təyin olunur.
      Noyabrın 1-də Xocavənd istiqamətində Şiştəpə və digər  yüksəkliyinin alınmasında iştirak edib. 2 Noyabr 2020-ci ildə  Rahət İsayev və döyüş yoldaşları Müdafiə Nazirinin Müavini Kərəm Vəliyev tərəfindən şəxsən təltif olunub və xatirə şəkilləri çəkilib. Bir-iki gün sonra   Xocavənd istiqamətində gedən  döyüşlərdə bu qəhrəman komanda düşmənin güclü müqavimətinə qarşılıq sona qədər döyüşüb və qəhrəmancasına şəhid olublar. Ölümündən sonra Vətən uğrunda və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olubub.  Qəhrəman şəhid Rahət İsayev 18 Noyabr 2020-ci ildə  doğulduğu Əliabad kəndində dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR