» » "Həqiqət qapısı" Miribrahim Xəlilullahın təqdimatında


"Həqiqət qapısı" Miribrahim Xəlilullahın təqdimatında

Azərbaycanda Misirli həkim, filosof, yazıçı Mustafa Mahmudun "Həqiqət qapısı" kitabı işıq üzü gördüb.

“Bilesuvarinfo” xəbər verir ki, kitabı ərbcədən tərcümə edən Misirdə yaşayan həmyerlimiz, Mirtahazadə Miribrahim Xəlilullahdır. Kitabın redaktoru Biləsuvar şəhər, 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Namiq Feyziyevdir. "Həqiqət qapısı" kitabı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin icazəsi ilə işıq üzü görüb.

Kitabın redakroru N. Feyziyev bildirmişdir ki, kitabın müəllifi Mustafa Mahmudun oxucularla görüşü və bu kitabın Azərbaycan iman əhlinə təqdimatı da ilk hadisədir. Filosof, ədib və həkim M.Mahmud Misir və Ərəb dünyası üçün bir çox işlər görmüş görkəmli din alimidir. Onun bir neçə dildə nəşr edilən kitabları İslam dininin fəlsəfi ideyalarını geniş oxucu kütləsinə izah və təsvir baxımdan misilsiz dəyərə malikdir. İnanırıq ki, gənc dini araşdırmaçı və tərcüməçi Miribrahim Xəlilullahın təqdimatında bu kitab oxucular tərəfindən layiqincə qiymətləndiriləcək. Kitabdan məlumatım olduğu üçün deyə bilərəm ki, bu kitab öz oxucularını özünə cəlb edəcək.
Qeyd edək ki, kitabı tərcümə edən Mirtahazadə Miribrahim Xəlilullah Biləsuvar rayonunun Bəydili kəndindən, görkəmli din xadimi mərhum Hacı Seyid Mir Taha ağanın nəvəsidir.  O, 1994-cü il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirəndən ərəb dili təhsilimi davam etdirmək üçün Misir Ərəb Respublikasına gedib. Misir Təhsil Nazirlyində qeyri - ərəblər üçün nəzərdə tutulan Ərəb dili kursunu uğurla başa vurub. 

Hazırda Qahirə Universitetində ali təhsil alan M.Xəlilullah “Qurani - Kərimdə təəccüb üslubunda  işlənən ayətlər” adlı elmi dissertasiya üzərində işləyir. Misir - Azərbaycan Dostluq Cəmiyyətində  Azərbaycan Dili danışıq klubunda Azərbaycan dili dərsi keçir. Misir - Azərbaycan Dostluq Cəmiyyətində könüllü olaraq fəaliyyət göstərir,  Azərbaycandan gələn yeni tələbələrin sənədlərinin hazırlanmasında dəstək olur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan