Yaponiyanın ölkəmizdəki səfiri Biləsuvara səfər edib - FOTO » Yerli İnformasiya Agentliyi
» » Yaponiyanın ölkəmizdəki səfiri Biləsuvara səfər edib - FOTO

Yaponiyanın ölkəmizdəki səfiri Biləsuvara səfər edib - FOTO

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Biləsuvar rayonuna səfər edib.

"Bilesuvarinfo"
xəbər verir ki, səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətində səfir Vada Cüniçi ilə görüş keçirilib. 

Görüş zamanı Biləsuvar  rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov yaponiyalı qonağa rayonun tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti, əhalinin məşğulluğu haqqında məlumat verərək, rayonda aqrar bölmənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri  diqqətə çatdırıb.

Bildirilib ki, Yaponiya hökuməti müxtəlif illərdə Biləsuvar rayonunda da  bir çox layihələr həyata keçirib. 

Rayonda görülmüş işlərə görə səfirin timsalında Yaponiya hökumətinə minnətdarlığını bildirən F.Qürbətov yeni layihələrin icrasına da ümidvar olduğunu qeyd edib.

İcra başçısı rayonda  əsasən aqrar sahədə müasir texnalogiyaların tətbiqi, içməli su təchizatında, tullantıların idarə edilməsi və təhsil müəssisələrinin yenilənməsi sahələrində birgə işlərin görülməsini önə çəkib. Səfir Vada Cüniçi Yaponiya-Azərbaycan arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı, region şəhərlərinin də müasirləşdiyinin onda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını bildirib.

Səfər çərçivəsində yaponiyalı diplomat "Azərsun Holdinq" MMC-nin Biləsuvar rayonunda fəaliyyət göstərən konserv zavodunda olaraq istehsal prosesi ilə  tanış olaraq və şirkətin əkin sahələrini gəzib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran