Ağsaqqallar Şurası hesabat verdi » Yerli İnformasiya Agentliyi
» » Ağsaqqallar Şurası hesabat verdi

Ağsaqqallar Şurası hesabat verdi

Biləsuvar rayonunda Ağsaqqallar Şurasının hesabat yığıncağı  keçirildi.

"Bilesuvarinfo" 
xəbər verir ki,  şuranın hesabat - seçki yığıncağından öncə
ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Ulu Öndərin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi  uğrunda  şəhid olmuş   soydaşlarımızın  və vəfat etmiş ağsaqqallarımızın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyə və məsləhətlərinə hər zaman ehtiyac vardır: "Bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli, yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində ağsaqqallarımızın rolu böyükdür."
Daha sonra Ağsaqqallar Şurasının sədri Əli Babayevin hesabat məruzəsi dinlənildi. O, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.Hesabatda iştirak edən İctimai xadim, sabiq ombudsman Elmira Süleymanova  bildirmişdir ki, ağsaqqalarımız ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib. Onlar ulu öndər Heydər Əliyev ideyalarının Azərbaycanın uğurlu bu günü və gələcəyi olduğunu aydın dərk etdiyindən möhtərəm Prezidentimiz İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir.
Hesabatda rayon Ağsaqqallar Şurasının üzvləri Akif Kazımov, Rüstəm Əliyev, Salamat Rəhimov və Hənifə Mirsultanov  ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışıblar. Qeyd etmişlər ki, Azərbaycanda  ağsaqqallar hər zaman cəmiyyətin milli-mədəni tərbiyəsində mühüm rol oynayıblar. Bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edirdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran