» » » Şəhid Gözəlov Ceyhun Nazim oğlu


Şəhid Gözəlov Ceyhun Nazim oğlu


Ceyhun Gözəlzadə 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 2009-2020-ci illərdə Bəydili kənd orta məktəbini bitirmişdir.
Ceyhun Gözəlzadə 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Ağdərə rayonu istiqamətində gedən döyüşlərə könüllü qoşulmuş və qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Ceyhun Gözəlzadə 30 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan