» » Parka gözəllik qatan uşaqlar


Parka gözəllik qatan uşaqlar

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Biləsuvar şəhərindəki mərkəzi parkda bayram şənliyi keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, rayon ictimaiyyətin çoxsaylı nümayəndələrinin övladlarının iştirak etdiyi tədbir yaddaqalan olub.
Tədbirdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. İncəsənət Məktəbinin şagirdlərinin bir-birindən maraqlı çıxışları, uşaqların rəqsləri  tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR