» » » Şəhid Babayev Elməddin Cəfərqulu oğlu


Şəhid Babayev Elməddin Cəfərqulu oğlu

      Elməddin Babayev 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 1988-1999-cu illərdə Çaylı kənd tam orta məktəbdə orta təhsil almışdır. 2000-ci ilin yanvar ayından 2001-ci ilin iyun ayına kimi Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Ailəli idi, 3 övladı var.
      2007-ci il 22 dekabr tarixdən Goranboy rayonununQızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə gizir kimi hərbi xidmətə başlamışdır.
      Elməddin Babayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Elməddin Babayev 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonuÇaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan