» » Biləsuvar Prokurorluğu motivasiya mövzusunda seminar keçirdi


Biləsuvar Prokurorluğu motivasiya mövzusunda seminar keçirdi

Biləsuvar rayonunda motivasiya mövzusunda seminar keçirilib.

"Biləsuvarinfo
" xəbər verir ki, seminar Biləsuvar rayon Prokurorluğunun təşəbbüsü və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub. 
Seminarda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və hüquq mühafizə orqanlarının rəhbərlər iştirak edib.

Orta məktəb müəllimləri, məktəb psixoloqları, uşaq birliyi təşkilatçıları və yuxarı sinif şagirdlərinin dəvət aldığı seminar maraqlı diskusiya şəraitində baş tutub. Bu gün cəmiyyətin hər bir üzvünü düşündürən, intihar hadisəsinin qarşısının alınmasında mümkün addımlar müzakirə olunub. 
Seminarda Biləsuvar rayon Prokuroru Camal Bağırov fəallıq göstərən iştirakçılara hədiyyələri təqdim edib.

Qeyd edək ki, seminarı tanınmış həkim-psixoterapevt Əli Nağıyev aparıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR