» » “Şam kimi əriyib şagirdlərinin həyatını işıqlandıran” müəllim ömrü…


“Şam kimi əriyib şagirdlərinin həyatını işıqlandıran” müəllim ömrü…


Bir əsirlik yaşı olan Biləsuvar şəhər, Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin üzü nurlu müəllimləri ilə qürur duyulur. Haqqında söz açacağımız Məhbubə müəllimə məktəblimizdə öz biliyi, bacarığı və  istedadı ilə seçilmiş müəllimlərindəndir. 

Məktəbin  coğrafiya müəllimi Məhbubə Fərəcova ömrünün 65-ci baharına qədəm qoydu. O, uğurlu pedoqoji fəaliyyətilə şagirdlərə təkcə elm öyrətməyib, onları həm də əsl vətəndaş kimi yetişdirib. Şagirdləri öz balalarından ayırmayıb. Onlara ana qayğısı ilə məsləhət verib, düzgün yol göstərib, öyüd və nəsihətlərini əsirgəməyib.  Bir sözlə, şagirdlərini bir vətəndaş kimi, şəxsiyyət kimi yetişmələri üçün, elmli olmaları üçün ömrünü şam kimi əridib. Bu yolda necə deyərlər, öz canından "keçib". 

Bu münasibətlə kollektiv adından Məhbubə müəlliməni təbrik edirik. Üzünüz daim gülsün, həmişə istər şagirdlərinizin , istər kollektivinizin yaddaşında səmimi, gülərüz, mehriban, sevimli müəllim olaraq qalacaqsınız. Bundan sonrakı həyat kitabının hər səhifəsi gözəlliklərlə dolu olsun!


Ömrü ömürlərə paylanan paydır,
Safdır, müqəddəsdir müəllim ömrü.


Biləsuvar rayon N. Gəncəvi adına 1 saylı tam orta məktəbin kollektivi







Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan