» » Qələbə Günününü Vətən Müharibəsində qazandığımız Zəfər Qələbəsi ilə birlikdə qeyd edirik


Qələbə Günününü Vətən Müharibəsində qazandığımız Zəfər Qələbəsi ilə birlikdə qeyd edirik

1941-ci ilin 22 iyul tarixində alman faşistlərinin Sovet İttifaqına hücumu ilə başlayan Böyük Vətən Müharibəsi  Sovet xalqlarının tarixi qələbəsinin əsas səbəbi milliyyətindən asılı olmayaraq xalqların birliyi və əzmkarlığı oldu. 

“Bilesuvarinfo” xəbər verir ki, 50 milyondan çox insan həlak olan müharibədə Azərbaycan xalqı da həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və qəhrəmanlıq göstərmiş, tarixi qələbəyə öz töhfələrini vermişdir. 600 mindən çox  Azərbaycanın oğul və qızları bu müharibəyə qatılaraq faşizmə qarşı qəhrəmancasına vuruşmuşlar. Onlardan bir çoxu Berlinə qədər uzun bir döyüş yolu keçmişdir.

Böyük Vətən Müharibəsində  Azərbaycan döyüşçülərindən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 30 nəfər “Şərəf” ordeninin hər üç dərəcəsi ilə, 170 min nəfərdən çox həmyerlimiz isə döyüş şücaətinə görə müxtəlif orden və medallarla təltif olunmuşlar.

Böyük Vətən Müharibəsinin iştirakçıları arasında qədim Biləsuvar torpağından 4380 nəfər əsl qəhrəmanlıq göstərmişdir. Onlardan 700 nəfərdən çoxu həlak olmuş, itkin düşmüşdür. 780 nəfər müxtəlif orden və medallarla təltif olunmuşdur. 9 May - Qələbə Günündə adını Reyxstaqın divarlarına yazan igidlərdən biri də biləsuvarlı Səfər Əsgərov olmuşdur. Dəhşətli müharibədə qəhrəmanlıqla vuruşmuş biləsuvarlılardan Səfər Əsgərovun, Dayandur Nadirovun, Nobat Ağayevanın, Ağaverdi İmanovun, Mustafa Əliyevin və başqalarının adları bu gün də ehtiramla yad olunur. 

Artıq ikinci ildir ki, Azərbaycan xalqı 9 May - Qələbə Gününü xüsusi bir sevinclə qeyd edir. Erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinin də sevincini yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, rəşadətli ordumuzun hünəri nəticəsində haqq - ədalət qələbə çalmış, işğal altında olan torpaqlarımızın 30 illik həsrətinə son qoyulmuşdur. Dünya Azərbaycanın qəhrəmanlar yurdu olmasını qəbul etdi.

Tarixə qızıl hərflərlə yazılmış 9 May – Qələbə Gününü, həm də 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfər Qələbəsi ilə birlikdə qeyd edirik.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan