» » "Hərbçilərə iki qat maaş ödənilməsin" sözü nəinki Spiker, ümumiyyətlə, heç bir deputat tərəfindən səsləndirilməyib.- Deputat Bəhruz Məhərrəmov


"Hərbçilərə iki qat maaş ödənilməsin" sözü nəinki Spiker, ümumiyyətlə, heç bir deputat tərəfindən səsləndirilməyib.- Deputat Bəhruz Məhərrəmov


   Əziz soydaşlar, son günlər sosial şəbəkələrdə və bəzi "media" orqanlarında Milli Məclisin Sədri Sahibə Qafarovanın adından heç bir əsası olmayan "sitatlar" yayılmaqdadır. Guya Spiker deyib ki, "Qarabağ artıq döyüş bölgəsi olmadığı üçün hərbçilərə ikiqat maaş lazım deyil." 
    Əziz seçicilər, nə sonuncu, nə də ondan əvvəl heç bir iclasda bu məzmunda söhbət olmayıb, iclasda yalnız "artıq münaqişənin başa çatdığı"na diqqət çəkilib.  Xatırlayırsınızsa, Prezident İlham Əliyev də  ötən ilin dekabrın 1də xalqa müraciətində  qeyd etmişdi ki, "İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir." Həqiqətən də, müharibə müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun gücü hesabına qələbəmizlə başa çatıb. "Hərbçilərə iki qat maaş ödənilməsin" sözü isə nəinki Spiker, ümumiyyətlə, heç bir deputat tərəfindən səsləndirilməyib, səsləndirilə də bilməz. Əksinə, deputatlar bu məsələ ilə bağlı dəfələrlə narahatlıq ifadə edərək yaranmış anlaşılmazlığın həllinə çağırıblar. Sensasiya xətrinə, həm də olmayan, deyilməyən bir ifadəyə görə kimisə, xüsusən, Azərbaycan qadınını hədəfə almaq yolverilməzdir. Bu mənada, hər birinizdən əsası olmayan informasiyalara etibar etməməyi xahiş edirəm.

     Bəhruz Məhərrəmov
     Milli Məclisin Deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR