» » Müqəddəs Ramazanda nəcib təşəbbüs


Müqəddəs Ramazanda nəcib təşəbbüs

Biləsuvarda Ramazan bayramı ərəfəsində şəhid ailələri  və qazilər növbəti dəfə bir arada olub.

“Bilesuvarinfo” xəbər verir ki, onları ehsan süfrəsi arxasında toplanılması təşəbbüsilə çıxış edən sahibkar Ramil Əsgərov və Zəfər Əliyev olub.
Biləsuvar şəhərində müqəddəs bayram ərəfəsində təşkil olunan məclisdə şəhid ataları və qazilərlə  bir araya ictimaiyyət nümayəndələri də gəlmişdi.

Tədbirdə  şəhidlərimizin ruhuna dualar edilib, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb.

Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Müharibədə şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Qeyd edilib ki, müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır.

Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Məclis iştirakçıları  Vətən müharibəsi iştirakçısı, döyüşlərdə yaralanan Elmir Şahverdiyevin (Ağayrı kəndindən olan) qayğıları ilə də maraqlanıb, ona mümkün dəstəyin olunacağını bildirmişlər.
Sonda mərasim iştirakçıları şəhid İqbal Astanlının xatirə kompleksini ziyarət edib, burada xatirə şəkli çəkdirdilər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR