» » Ramazan bayramı münasibətilə Mübariz İbrahimovun ailəsi ziyarət olundu


Ramazan bayramı münasibətilə Mübariz İbrahimovun ailəsi ziyarət olundu

Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağında olub.

“Bilesuvarinfo” xəbər verir ki, Ramazan bayramı münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağını ziyarət edən rayon rəhbərliyi qəhrəmanın ailə üzvlərini müqəddəs  Ramazan bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.
Bildirilib ki, qəhrəmanlığı ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimov hər bir azərbaycanlı üçün iftixar mənbəyi, qürur yeridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə Mübariz kimi mərd oğulların şücaəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsinin Qələbə ilə başa çatması,  üçrəngli bayrağımızın tarixi ərazilərimizdə dalğalanması ilə bu gün Milli Qəhrəman Mübariz İbrahimov və bütün şəhidlərimizin ruhları şaddır.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin  minnətdarlığını bildirib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR