» » » Şəhid Məmişli Sahil Ağaverdi oğlu.


Şəhid Məmişli Sahil Ağaverdi oğlu.

    Qəhrəmanımız, 21 avqust 1991-ci ildə Biləsuvar rayonu, Çaylı kəndində anadan olub. Hərbi xidmətini gizir rütbəsində, “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə keçib.27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib. Şəhid Sahil Məmişli 12 noyabr 2020-ci il tarixində doğulduğu Çaylı kəndində dəfn olunub.
     Evin tək oğlu olan cənab Gizirdən Vətənə, bizlərə əmanət 3 yaşında Xəzər adlı oğul övladı və 1 yaşında Günəş adlı qız övladı yadigar qaldı.Şəhid Məmişli Sahil Ağaverdi oğlu, Vətən torpaqlarının azad edilməsi uğrunda göstərdiyi igidlik və rəşadətə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib...
Ruhun şad olsun qardaş...

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan