» » Xırmandalı kəndinə 12 km - lik içməli su xətti çəkilir


Xırmandalı kəndinə 12 km - lik içməli su xətti çəkilir

Biləsuvar rayonunun Xırmandalı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılmasına başlanılıb.

"Bilesuvarinfo" xəbər verir ki, rayonun 10 min nəfər əhalisi olan kəndində bu məqsədlə görülən işə Biləsuvar rayon Su Kanal Sahəsi  daxili imkanlar hesabına  start verib.

Belə ki, yeni layihəyə əsasən kəndin  müxtəlif küçələrində 120 ədəd bulaq quraşdırılacaq.  Nəzərdə tutulan 12 km içməli  su xəttinin  8 km - də artıq işlər tamamlanıb.

Qeyd edək ki, rayonun ən böyük kəndi olan  Xırmandalıda içməli  su problemi  əhalini narahat edən tarixi problem olub. Zaman - zaman bu məsələnin həlli ilə bağlı kənddə bir çox layihələrin icrası təmin olunsa da,  bu layihə sakinlərin təmiz içməli su təminatında əsaslı dönüş yaradacaq.

Kənd əhalisi içməli su problemlərin həllinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

http://bilesuvar-ih.gov.az/news/1159.html
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan