"Könlüm keçir Qarabağdan" respublika müsabiqəsinə şagirdlər seçildi » Yerli İnformasiya Agentliyi
» » "Könlüm keçir Qarabağdan" respublika müsabiqəsinə şagirdlər seçildi

"Könlüm keçir Qarabağdan" respublika müsabiqəsinə şagirdlər seçildi


Biləsuvar rayon ümumtəhsil məktəbliləri arasında "Şuşa ili" nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival- müsabiqəsinin rayon mərhələsi keçirilib.

"Biləsuvarinfo" 
xəbər verir ki, bu barədə rayon təhsil şöbəsi məlumat yayıb.

11-17 yaş qrupunda olan şagirdlərin iştirak etdiyi respublika incəsənət festival-müsabiqənin keçirilməsində əsas məqsəd onların milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili və hərtərəfli şəxsiyyət kimi inkişafına dəstək olmaqdan ibarətdir.

Biləsuvar Rayon Təhsil Şöbəsinin müvafiq əmri ilə yaradılmış təşkilat komitəsinin, münsiflər heyətinin  və müəllimlərin iştirakı ilə ifaçılıq, rəqs,dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi sənət nominasiyaları üzrə müraciət edən şagirdlərin kompozisiyası izlənilib. Təqdimatlar arasından hər nominasiya üzrə zona mərhələsində iştirak edəcək şagirdlərin seçim turu keçirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran